Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

"ADA" Universitetində Anlaşma Memorandumu imzalanıb

 

Böyütmək üçün seçin"ADA" Universitetinin Təhsilin idarə edilməsi fakültəsi və Miçiqan Universitetinin Təhsil Kolleci arasında əməkdaşlıq barəsində Anlaşma Memorandumu imzalanıb.

Memorandum "ADA" Universitetində yeni yaradılmış fakültə üçün müasir tələblərə cavab verən tədris proqramlarının hazırlanmasını, yüksək ixtisaslı professor-müəllim kadrların yetişdirilməsini, tələbə və müəllim mübadiləsini, birgə konfrans-seminarların təşkilini nəzərdə tutur.

İmzalanma mərasimində iştirak edən təhsil naziri Mikayıl Cabbarov "ADA" Universitetində yaradılmış fakültənin təhsilin idarə edilməsi sahəsində ixtisaslı kadrların hazırlanması, ölkəmizdə "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın məqsədlərinə nail olunması işinə təkan verəcəyinə inandığını bildirib.

Mərasimdə vurğulanıb ki, Təhsil Nazirliyi tərəfindən dəstəklənən bu əməkdaşlıq ölkəmizdə təhsil sahəsində aparılan islahatlara öz müsbət təsirini göstərəcək.

Qeyd edək ki, fevralın 17-19-da Miçiqan Universitetinin Təhsil Kollecinin dekanı Donald Heller və Beynəlxalq Proqramlar direktoru Todd Drummondun iştirakı ilə "ADA" Universitetinin rəhbərliyi, müəllim və professorları arasında görüş keçirilib, ikitərəfli əməkdaşlıq və gələcək addımlar müzakirə olunub. Görüşdə "ADA" Universitetinin rektoru Hafiz Paşayev təhsil və tədqiqat sahələrində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu əməkdaşlıq ikili dərəcə proqramlarının və birgə elmi araşdırmaların həyata keçirilməsinə yönəlməlidir.

Səfər çərçivəsində Bakı məktəblərinin müəllim və direktorları dekan Donald Hellerin "Müasir təhsilin meyilləri" mövzusunda mühazirəsini dinləyib. Qonaqlar "ADA" Universitetindəki həmkarları ilə birgə 132-134 nömrəli Təhsil Kompleksini ziyarət edib, müəllim heyəti ilə görüşlər keçirib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov