Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

NDU-da Xocalı faciəsinə həsr olunmuş internet-aksiya

 

Böyütmək üçün seçinNaxçıvan Dövlət Universitetində Xocalı faciəsinə həsr olunmuş internet-aksiya keçirilib. Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə keçirilən aksiyada rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək XX yüzilliyin ən müdhiş faciəsi, Qarabağın ən qədim insan məskənlərindən olan Xocalıda baş vermiş soyqırımının tələbə gənclər tərəfindən elektron informasiya mübadiləsi, virtual əməkdaşlıq yolu ilə dünyaya çatdırılmasını yüksək qiymətləndirib.

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri, ATGTİ-nin sədr müavini, doktorant Arzu Abdullayev internet-aksiyanın məqsəd və vəzifələri barədə məlumat verdikdən sonra aksiya iştirakçıları xarici universitetlərin elektron poçt ünvanlarına Xocalı faciəsi barədə məlumatlar göndəriblər. Növbəti internet-aksiya zamanı 100-dən çox ölkənin 300-ə yaxın elektron poçt ünvanına Azərbaycan həqiqətləri 6 dildə çatdırılıb. İnternet-aksiyada universitetdə təhsil alan xarici ölkə vətəndaşları da fəal iştirak edib.

Sonra yekun konfrans keçirilib. Rektor Saleh Məhərrəmov giriş sözündə Xocalı faciəsini XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə müqayisə edib.

Konfransda arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, dosent Məmməd Əliyev "Xocalı soyqırımı zəmanəmizin ən dəhşətli faciəsidir", beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov "Xocalı soyqırımı beynəlxalq hüquq prizmasında", tarix-filologiya fakültəsinin tarix müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Əfsanə Hüseynzadə "Xocalı soyqırımı - tariximizin ibrət dərsi" mövzularında məruzə ediblər.

Sonda  Xocalı soyqırımına həsr edilmiş film nümayiş etdirilib, Tələbə Teatr Studiyasının hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov