Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

Sumqayıt Dövlət Universitetində sərgi

 

Böyütmək üçün seçinFevralın 25-də Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə  Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş sərgi keçirildi.

Universitetin rektoru Elxan Hüseynov Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımını özündə əks etdirən tablolara baxış zamanı o müdhiş gecəni ürək ağrısı ilə xatırladı. Rektor  o faciəni unutmamaq üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı və qeyd etdi ki, universitetimizin saytında ermənilər tərəfindən tarix boyu  azərbaycanlıların başına gətirilən faciələri, soyqırımları əks etdirən xüsusi bölmə ayrılmışdır.

Universitetin kimya və biologiya fakültəsinin II kurs tələbəsi Rusif Səfərlinin sərgidə nümayiş olunan əsəri sərgini izləyənlərin böyük marağına səbəb olub.

Rektor çıxışında Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumlarının Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində davamlı olaraq addımlar atdığını bildirdi. Vurğulandı ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası dünya ictimaiyyətinə bu soyqırımına siyasi-hüquqi qiymət verilməsinin vacibliyini isbat etmişdir.

Tələbə Elmi Cəmiyyətinin sədri, dosent İslam Paşayev sərgidə nümayiş olunan  rəsm əsərləri barədə ətraflı məlumat verdi.  Bildirdi ki, sərgini keçirməyimizdə məqsədimiz gənclər və yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların dövlətə və millətə sədaqət ruhunda formalaşdırılmasına xidmət etməkdir.

Tədbir universitetin böyük akt zalında davam etdirildi. Tələbələrin ifasında "Xocalı" ədəbi-bədii kompozisiyası  nümayiş olundu. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov