Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

Ölkəmizin haqq səsi dünyaya çatdırılmalıdır

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun  Elektron akt zalında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Ədəbiyyat İnstitutunun və AMEA-da yaradılmış "Azərbaycanlılara qarşı soyqırımların tədqiqatları" Komissiyasının birgə keçirdiyi tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Xocalı soyqırımını təkcə Azərbaycan xalqına deyil, bütünlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımına ilk dəfə tarixi-siyasi qiymət verdiyini xatırladan akademik bu gün də dövlət rəhbərliyi səviyyəsində soyqırımı qurbanlarının xatirəsinin daima əziz tutulduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətindəki səylərini qeyd edən İsa Həbibbəyli Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın 100-dən çox ölkəsində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli qərarı ilə yaradılmış "Azərbaycanlılara qarşı soyqırımların tədqiqi" Komissiyasının fəaliyyətindən danışan akademik İsa Həbibbəyli soyqırımı tədqiqatları ilə bağlı görülən işlər haqqında da ətraflı məlumat verib.

Sonra institutun "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyevin "Həyatda və ədəbiyyatda Xocalı harayı" mövzusunda məruzəsi dinlənilib.

Tədbir çərçivəsində Nurəngiz Günün "Xocalı simfoniyası" əsəri əsasında çəkilmiş sənədli film də nümayiş etdirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov