Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

GDU-da "Əsrin faciəsi"  mövzusunda konfrans

 

Böyütmək üçün seçinFevralın 20-də Gəncə Dövlət Universitetində  Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş "Əsrin faciəsi" mövzusunda konfrans keçirilib. GDU-nun rektoru, professor Yusif Yusibov konfransı açandan sonra  Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra faciəni əks etdirən videoçarx nümayiş olunub.

Professor Yusif Yusibov qeyd edib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid həyata keçiriblər. Rektor ulu öndər Heydər Əliyevin Xocalı soyqırımı haqqında söylədiyi fikirləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

Konfransda Azərbaycan tarixi kafedrasının dosent əvəzi, tarix elmləri üzrə fəlsəfə doktoru Cavid Bağırzadə "Xocalı soyqırımı-əsrin dəhşətli faciəsi kimi", ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov "Xocalı soyqırımı - beynəlxalq cinayətdir" mövzularında məruzə ediblər.

Konfransda dosent Hüseyn Budaqov, universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, sosial fənlər kafedrasının müdiri, dosent Cavad  Tağıyev və başqaları öz çıxışlarında Xocalı qurbanlarının heç vaxt unudulmayacağını bildiriblər. 

***

Fevralın 21-də isə Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Xocalı faciəsi gənclərin gözü ilə" adlı inşa yazı müsabiqəsi keçirilib, Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş müsabiqədə 8 fakültədən 90-dan artıq tələbə iştirak edib.

Müsabiqədə 1, 2, 3-cü yerləri tutan tələbələr fəxri fərmanla mükafatlandırılıblar.  

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov