Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

İstehsalat təcrübəsinə həsr olunan tədbir keçirilib

 

Böyütmək üçün seçinYanvarın 26-dan başlayaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor sənəti və aktyor sənəti fakültələrinin bir qrup tələbəsi universitetin "Səda" Tədris Teatrında təcrübə keçib. Bir ay ərzində xalq artistləri, professorlar İlham Namiq Kamal, Ağakişi Kazımov, professor Gülşən Əliyeva-Kəngərli, əməkdar incəsənət xadimi, dosent Bəhram Osmanov, əməkdar incəsənət xadimi, professor Fikrət Sultanov və əməkdar artist, professor Gülşad Baxşıyeva tələbələrə ustad dərsləri veriblər. Bunun nəticəsi olaraq keçirilən tədbirdə təcrübə rəhbərləri Sevda Teymurova və Əsmət Qəşəmova çıxış edərək tələbələrin bu ay əzində qazandığı təcrübədən, ustad dərslərinin əhəmiyyətindən danışıblar.Tədbirdə bütün dərsləri özündə əks etdirən slayd-şou da nümayiş olunub. Rejissor və aktyor ixtisası üzrə təhsil alan tələbələr ustad dərsi keçən müəllimlərə təşəkkürlərini bildirərək bu dərslərin onlar üçün məhsuldar olduğunu və həqiqətən də böyük təcrübə qazandıqlarını qeyd ediblər. Tədbirdə çıxış edən "Səda" Tədris Teatrının direktoru Mirələsgər Aslanov da tələbələrlə ustadlar arasında  təşkil etdikləri bu görüşlərin tələbələrin gələcək işlərində öz əksini tapacağını, yaradıcılıqlarında böyük rol oynayacağını deyib. Ustad dərsləri keçmiş professorlar və digər əməkdaşlar təşəkkürnamələrlə təltif ediliblər. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov