Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

"Dostluq nağılı" adlı teatrlaşdırılmış konsert proqramı

 

Fevralın 20-də  Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında  Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin  "Dostluq nağılı" adlı teatrlaşdırılmış konsert proqramı keçirilib. Tədbirdə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, ölkəmizdəki Türkiyə və Belarus səfirliklərindən və müxtəlif dövlət qurumlarından dəvət olunmuş qonaqlar və valideynlər iştirak ediblər.

Mərasimdə mərkəzin 300-ə yaxın dərnək üzvü öz istedad və bacarıqlarını  nümayiş etdirib.  "Milli rəqs", "Bal rəqsləri", "Müasir rəqs" dərnəyinin üzvləri nağıllar aləminə səyahət edərək Şəngülüm, Şüngülüm, Məngülüm, Cırtdan, Div, Tıq-tıq xanım, Qırmızı papaq, Buratino kimi nağıl  qəhrəmanlarının obrazlarını canlandırıblar.  "Çiçəyim" uşaq teatrının  kiçik üzvləri  moda nümayiş etdirib. "Şən qızların rəqsi", "Qırmızı papaqların  rəqsi", "Göbələklər rəqsi",  "Qış nağılı",  "Hind rəqsi", "Qaytağı",  "Dilşadı" və s. rəqs  qruplarının  ifaları tədbirə xüsusi rəng qatıb.

Sonda  "Dostluq himni" vokal qrupunun   ifa etdiyi mahnı tamaşaçılarda  xoş ovqat yaradıb. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov