Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

Şahmat üzrə respublika birinciliyinin zona yarışları

 

Fevralın 15-də Lənkəran Şəhər Şahmat Məktəbində uşaq-gənclər şahmat məktəblərinin komandaları arasında respublika birinciliyinin zona yarışları keçirilib.   Bir həftə davam edən  zona yarışlarında 12 komandanı təmsil edən 72 gənc şahmatçı mübarizəyə qoşulub. Zona birinciliyində cənub bölgəsinin rayonları ilə yanaşı, Bakı şəhərinin 2 komandası - Respublika Şahmat Məktəbi və 19 nömrəli Uşaq-Gənclər İdman Məktəbini təmsil edən  12 şahmatçı iştirak edib.

Lənkəran Şəhər  Şahmat Məktəbinin direktoru, respublikanın əməkdar məşqçisi İdrak Dadaşovdan aldığımız məlumata görə, yarışlar Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən dairəvi sistem üzrə keçirilib. On bir turdan ibarət zona mərhələsində hər komandada 6 oğlan, 2 qız şahmatçı yarışıb.  Qeyd edək ki, zona birinciliyində birinci və ikinci yerləri tutan komandalar finalda iştirak etmək hüququ qazanıblar. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov