Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

"Təhsil" onlayn televiziyası layihəsi çərçivəsində "61" oyun-viktorinanın nümayişinə başlanıb

 

 Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş ""Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"na uyğun olaraq, yaradılacaq "Təhsil" onlayn televiziyası layihəsi çərçivəsində "61" oyun-viktorinanın nümayişinə başlanıb.

Uşaq və gənclərin intellektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunmasına töhfə vermək məqsədilə formalaşdırılan "Təhsil" televiziyası yeni verilişin Azərbaycan variantını hazırlayıb. Veriliş ölkəmizdə beynəlxalq "Jeopardy" intellektual oyun-viktorinanın lisenziyası əsasında yayımlanır.

Bir çox ölkələrdə tanınan "Jeopardy" intellektual oyun-viktorinanın müəllifi Merv Qriffindir. Veriliş ilk dəfə 51 il öncə ABŞ-da efirə çıxıb və dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Rusiyada verilişin analoqu "Öz oyunun" (Svoya iqra), Türkiyədə "Böyük risk" adlanır. Verilişin Azərbaycan variantı isə "61"dir. Oyun zamanı iştirakçılara məhz bu sayda sual verilir. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin dəstəklədiyi veriliş AzTV kanalında aparıcı Leyla Quliyevanın təqdimatında həftədə bir dəfə çərşənbə günləri efirə çıxacaq. Qeyd edək ki, buna qədər "Jeopardy" verilişinin tarixində qadın aparıcı olmayıb.Veriliş "Game TV" şirkəti tərəfindən hazırlanıb.

Layihənin məqsədi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş ""Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"na uyğun olaraq, təhsilverənlər, təhsilalanlar və valideynlər üçün maarifləndirici intellektual oyunların təşkilinə dəstək verməkdən ibarətdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov