Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Türkiyənin Qazi Universitetinin rektoru Azərbaycan Dövlət İqtisad Universitetində olub

 

Türkiyənin Qazi Universitetinin rektoru Süleyman Büyükberberin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

Qonaqlar əvvəlcə universitetin MBA, İngilis Dilində Tədris Mərkəzi, "SABAH" Mərkəzi və İnnovativ Biznes İnkubatoru ilə tanış olub, dərslərdə iştirak ediblər.

Sonra ali təhsil ocağının professor-müəllim heyəti ilə görüş keçirilib.

Görüşdən sonra rektorlar Ədalət Muradov və  Süleyman Büyükberber iki universitet arasında əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. ADİU-nun Türk Dünyası İşlətmə fakültəsində magistratura pilləsi üzrə Qazi Universiteti ilə birgə ikili diplom proqramlarının açılması, yüksək ixtisaslı elmi-pedaqoji kadrların birgə hazırlanması və müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi üzrə qarşılıqlı razılıq əldə edilib. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov