Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Universitetdə "2015 - Çin Yeni iliniz mübarək" adlı tədbir

 

Bakı Dövlət Universitetində "2015-Çin Yeni iliniz mübarək" adlı tədbir keçirilib. BDU-nun nəzdindəki Konfutsi İnstitutu tərəfindən təşkil olunan tədbirdə müvafiq qurumların nümayəndələri, azərbaycanlı və çinli tələbə gənclər iştirak ediblər.

BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə tədbiri açaraq ölkəmiz ilə Çin arasındakı əlaqələrin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. Bakı Dövlət Universitetinin Çin Xalq Respublikasının (ÇXR) Anhoy Universiteti ilə əlaqələri və BDU-nun nəzdindəki Konfutsi İnstitutunun fəaliyyəti barədə məlumat verilib.

Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli bildirib ki, rəhbərlik etdiyi institut 2011-ci ildə yaradılıb. Tələbələr, gənclər burada Çin dilini, ədəbiyyatını öyrənir, Çinin tarixi, mədəniyyəti ilə tanış olurlar.

Universitetin nəzdindəki Konfutsi İnstitutunun bu ali məktəbin "Gənc istedadlar" liseyində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, "ADA" Universitetində, Azərbaycan Dövlət İnformasiya Agentliyində, Xəzər Universitetində və digər qurumlarda filialları yaradılıb.

Çinin Azərbaycandakı səfiri Xun Tsyuin ölkələrimizin dostluq münasibətlərindən bəhs edib. Diplomat BDU-nun nəzdindəki Konfutsi İnstitutunun fəaliyyətini yüksək dəyərləndirib. Konfutsi İnstitutunun ÇXR tərəfindən direktoru Hu Fenxua Yeni il bayramı münasibətilə xoş arzularını bildirib.

Tədbirdə Çinin milli adət-ənənələri, mərasimləri, bayramları barədə məlumat verilib. Sonra Çin Yeni ili bayramına həsr edilən şənlik olub. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov