Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

SABAH qruplarına presstur keçirilib

 

Böyütmək üçün seçinMartın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) SABAH qruplarına presstur keçirilib.

Jurnalistlər SABAH qrupları üçün yaradılan şəraitlə tanış olub, dərslərdə iştirak edib, müəllim və tələbələrlə söhbət ediblər. SABAH yataqxanasına səfər, dərsdən sonrakı tələbə həyatı da mətbuat nümayəndələri tərəfindən maraqla qarşılanıb.

Jurnalistlərə layihənin əhəmiyyəti haqqında məlumat verilib. Bildirilib ki, əsas məqsədi seçilmiş tələbələr üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması olan SABAH qruplarında dərs deyən bütün müəllimlər Təhsil Nazirliyinin müvafiq komissiyasından keçib.

Həmçinin qeyd olunub ki, tədris planlarına uyğun olaraq, SABAH qruplarında intensiv ingilis dili tədris olunur. Xarici ölkələrdən gələn müəllimlər də tədrisdə fəal iştirak edirlər. Bu qruplarda təhsil alan tələbələr xüsusi təqaüd, ödənişsiz yataqxana və üç dəfə yeməklə təmin olunurlar.

ADİU-nun SABAH qrupları mərkəzinin dekanı Aida Quliyeva universitetdə SABAH tələbələri üçün yaradılan şəraitdən danışıb. A.Quliyeva bildirib ki, SABAH qrupunda təhsil alan tələbələrlə dərslər xüsusi proqram əsasında təşkil olunub. İngilis dilinin və əsas fənlərin tədrisinə xüsusi yer verilir. Təhsil müddətində tələbələrin şirkət rəhbərləri, ictimaiyyət nümayəndələri, rəsmi şəxslərlə görüşləri təşkil edilir. Bu isə SABAH qrupu tələbələrinin gələcək karyera və məşğulluq imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Sonra media nümayəndələri SABAH yataqxanasında tələbələr üçün yaradılmış şəraitlə yaxından tanış olub, tələbələrlə birlikdə nahar ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov