Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Gəncə Dövlət Universitetində  "Novruz müsabiqəsi"

 

Gəncə Dövlət Universitetinin dosenti Mərdan Məmmədovun rəhbərlik etdiyi təsviri incəsənət kafedrasında tələbələri həvəsləndirmək, onların qabiliyyətlərini aşkarlamaq  və daha da inkişaf etdirmək istiqamətində ciddi işlər görülür. Həmin kafedranın professoru, respublikanın əməkdar rəssamı Şaiq Məmmədovun rəhbərlik etdiyi "Məktəbdə bədii tərtibat və heykəltəraşlıq" laboratoriyası görülən işlərin mərkəzinə çevrilib. Laboratoriyaya daxil olanda sanki maraqlı yaradıcılıq nümunələri ilə zəngin olan muzeyə girirsən. Divarlarda tələbələrin xalq sənətinin müxtəlif sahələrini əks etdirən əl işlərindən ibarət  eksponatlar, otaqdakı  heykəltəraşlıq nümunələri nəinki tələbə və müəllimlərin, hətta universitetə gələn qonaqların da diqqətini cəlb edir. Təsadüfi deyil ki, universitetin IV kurs tələbəsi Elçin Cəfərovun Bakıda Səttar Bəhlulzadənin xatirəsinə həsr olunmuş əmək yarmarkasında nümayiş etdirilən 30-dan artıq əl işi  iştirakçıların dərin  marağına səbəb olub.

Hazırda xalqımız ən müqəddəs bayramı olan Novruza hazırlaşır. Təsviri incəsənət kafedrası da bu bayrama öz töhfəsini vermək üçün  tələbələr arasında "Novruz müsabiqəsi" keçirməyi qərara alıb. Qərarı böyük sevinclə qəbul edən tələbələr ilk gündən müsabiqənin qalibi olmaq həvəsi ilə yaradıcılıq işinə başlayıblar. Təqdim olunan nümunələrdə tələbələrin fantaziyasına, Novruz bayramının xalq həyatında əhəmiyyətinin,  insanların mənəvi dünyasına təsiri məsələsinin təsvirinə diqqət yetiriləcəkdir. 

Maqbet ƏHMƏDOV,
Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov