Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

AMİ-nin Şamaxı filialında konfrans

 

Martın 2-də AMİ-nin Şamaxı filialında III kurs tələbələrinin  I istehsalat təcrübəsinin yekununa həsr olunmuş konfrans keçirilib.

Tədbiri giriş sözü ilə filialın direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Tünzalə Yusifova açaraq tələbələri pedaqoji təcrübəni müvəffəqiyyətlə başa vurmaları   münasibəti ilə təbrik edib və bundan sonrakı fəaliyyətlərində onlara uğurlar arzulayıb.

 Tədris və tələbə şöbəsinin müdiri Ədilxan Zülfiqarov, istehsalat təcrübə rəhbəri Zərifə Əsədova çıxış edərək bildiriblər ki,  tələbələr dərs zamanı  interaktiv təlim metodlarından uğurla istifadə ediblər. Onlar  keçdikləri sınaq dərsləri ilə fərqləniblər ki,  bu da təhkim olunduqları təhsil müəssisələrində rəğbətlə qarşılanıb.

Tədbirdə tələbələrin istehsalat təcrübəsi zamanı keçdikləri "açıq dərs"lərin görüntüləri və istifadə etdikləri əyani vəsaitlər  nümayiş olunub.

Şamaxı şəhər 3 nömrəli tam orta məktəbin direktoru Sevda Əliyeva çıxışında  təcrübədə iştirak edən, daha çox fəallıqları ilə seçilən tələbələrin adlarını açıqlayıb. Onlara Şamaxı Rayon Təhsil Şöbəsinin Fəxri fərmanları təqdim olunub.  

Güləndam SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov