Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Beynəlxalq müsabiqə laureatının müəllif konserti

 

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin bəstəkarlıq şöbəsinin şagirdi, beynəlxalq müsabiqə laureatı Arzu Abbasovanın 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Cənnət lövhələri" adlı müəllif konserti keçirilib. Konsertdə müəllifin bir sıra musiqi əsərləri fortepiano, fleyta, skripka, violençel ifaçıları tərəfindən təqdim olunub. "Bənövşə" xor kollektivinin  ifasında ingilis dilində səslənən  mahnı tamaşaçıları heyran  edib. 

Tədbirdə MTK-nın musiqi məktəbini  fərqlənmə diplomu ilə bitirən, qeyri-adi istedad sahibi  A.Abbasovanın  uğurlarından söz açılıb.  

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov