Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

12 yaşlı Prezident təqaüdçüsünü daha böyük uğurlar gözləyir

 

Azərbaycan Milli Konservatoriyasının tərkibində  İncəsənət  Gimnaziyasının VII sinfində təhsil  alan  Züleyxa Abdullayeva kiçik yaşlarından   respublika və beynəlxalq müsabiqələrə qatılıb. Musiqi müəllimi Nigar Nəcəfova  onun istedad  və bacarığına,   musiqi duyumuna heyran qaldığını söyləyir. İlk dəfə olaraq  Azərbaycan bəstəkarlarının yubileyinə həsr olunmuş  musiqi festivallarına  qatılan Züleyxa bu yarışlarda   uğurla çıxış edərək  diplomlara layiq görülüb. 8 yaşlı musiqiçi  İtaliyada keçirilən  Pyetro Argento adına müsabiqədə qələbə qazanaraq  müsabiqənin kuboku  və təqaüdü ilə mükafatlandırılıb. İsveçin Stokholm şəhərində keçirilən  beynəlxalq Rondo  müsabiqəsində   o, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edərək  yarışmanın diplomunu qazanıb.

Parisdə keçirilən dünyaşöhrətli bəstəkar Nikolay Rubinşteynə həsr olunmuş XI Beynəlxalq piano musiqi müsabiqəsində  əsrarəngiz ifaları ilə tamaşaçıları heyran edib.  2010-cu ildə fortepiano üzrə musiqi festivalında Züleyxa  diplomant adını qazanıb.  Beynəlxalq müsabiqə və festivallarda  ölkəmizi uğurla təmsil edən yeniyetmənin adı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə  Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib  və o,  xüsusi aylıq təqaüdə layiq  görülüb. 2014-cü ildə  ABŞ-ın Nyu-York şəhərində keçirilən "Amerkan Protege"  beynəlxalq müsabiqəsində Züleyxa Azərbaycan bəstəkarı  Adil Bəbirovun məşhur "Prelüd və Scerszo"  əsərini məharətlə ifa edib və musiqisevərlərin alqışlarını qazanıb. Həmin il növbəti səfərdən də uğurla qayıdıb. O, Nyu-Yorkun məşhur Carneque Hall zalında A.Bəbirovun yuxarıda adıçəkilən əsərini özünəməxsus ustalıqla ifa edərək iştirakçıları heyran edib.

Züleyxa ilə  söhbət  edərkən  bildirdi ki, qazandığı hər hansı bir uğur təkcə onun yox, müəllimlərinin, bütövlükdə Azərbaycanın uğurudur. Sənət yollarında  ilk addımlarını atan  istedadlı yeniyetməni qarşıda daha böyük uğurlar gözləyir. 

Sifai SƏFƏROVA,
"Azərbaycan  müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov