Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Tələbələr Türkiyədə təcrübə keçirlər

 

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əczaçılıq ixtisası üzrə təhsil alan 14 tələbəsi martın 1-dən Türkiyənin Ondokuz Mayıs Universitetində təcrübə keçir.

Universitetdən redaksiyaya bildiriblər ki,  Türkiyənin təhsil ocaqlarında təcrübə keçən tələbələrlə ADAU-da görüş keçirilib.   ADAU-nun rektoru, professor İbrahim Cəfərovun, rəhbər müəllimlərin və baytarlıq sahəsi üzrə aparıcı mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə tələbələr təcrübə müddətində öyrəndikləri bilik, bacarıq və vərdişlər barədə ətraflı danışıblar.

Tələbələrin hesabatlarını yüksək qiymətləndirən rektor gələcəkdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulayıb.

Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov çıxış edərək deyib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün inşa edilən mehmanxana tipli yataqxana gələn tədris ilində istifadəyə veriləcək.

Ümumi ərazisi 2 hektar olan yataqxananın yaşayış sahəsi 16 min kvadratmetrdir. Beş korpusdan ibarət 7 mərtəbəli yataqxanada 230 otaq olacaq. Burada 527 tələbənin yerləşdirilməsi nəzərdə tutulur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov