Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

"Azərbaycan xalqının etnik tarixi" mövzusunda tədbir keçirilib

 

Böyütmək üçün seçinLənkəran Rayon Təhsil Şöbəsindən  aldığımız məlumatda bildirilir ki,   Heydər Əliyev Mərkəzində "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində məktəblilər üçün "Azərbaycan xalqının etnik tarixi" mövzusunda  tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyev memorial muzeyi və Xocalı soyqırımına həsr edilmiş sərgi ilə tanış olublar. Mərkəzin əməkdaşı  Aygün İbrahimova mövzu ilə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki,  Azərbaycanın ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə zəngindir. 300-400 min il bundan əvvəl  Aşel dövrünə aid qədim və nadir tapıntılara görə Azərbaycanın ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan ərazisində ilk tayfa birlikləri, dövlətlər hələ eradan əvvəl I minilliyin əvvəllərində mövcud olub. Manna, İskit (Skit-Skif) şahlığı, Albaniya, Atropatena kimi qüvvətli dövlətlər Azərbaycanın etnik-siyasi tarixində, ölkə ərazisində vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayıblar.

Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, ölkəmizin çoxəsrlik tarixini əks etdirən sənədli filmlərdən fraqmentlər nümayiş etdirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov