Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Kənd məktəblərində təlim verən müəllimlər maarifləndirilir

 

Böyütmək üçün seçin"Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi (İB) tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə "Dəstək olaq hər birimiz, örnək olsun təhsilimiz" layihəsi çərçivəsində Qubanın Xucbala və Qaraçay kənd tam orta məktəblərində çalışan müəllimlər üçün təlimlər davam edir.

Quba Rayon Təhsil Şöbəsindən  bildiriblər ki, layihənin əsas məqsədi  kənd ərazilərində yaşayan və kənd məktəblərində təlim verən müəllimlərin İKT sahəsində bilik və bacarıqlarını artırmaqla təhsilimizin inkişafına dəstək verməkdir.

Otuz müəllimin cəlb olunduğu təlimlər zamanı "MC Office" proqramları, sosial şəbəkələrdən və internetdən tədris vəsaitləri, eləcə də e-derslik.edu.az portalından istifadə qaydaları barədə həm nəzəri, həm də praktiki treninqlər keçirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov