Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Xalq şairi universitetin qonağı olub

 

Böyütmək üçün seçinAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Səda" tədris teatrında  Azərbaycanın xalq şairi, Aşıqlar Birliyinin  sədri Zəlimxan Yaqubun 65 illik yubileyinə həsr olunan tədbir keçirilib.   Şairin özünün də iştirak etdiyi tədbirdə "Aşıq sənəti" kafedrasının müdiri Əhliman Rəhimov,  dosentlər Samirə Əliyeva, Fəzail Miskinli, Nemət Qasımov və Aşıq Altay Zəlimxan Yaqubun sözləri üzərində aşıq nümunələri ifa ediblər. Tədbirdə professor Gülşən Əliyeva-Kəngərli, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxış edərək şairin zəngin yaradıcılığından söhbət açıblar.  Ustad sənətkarla görüşdə əməkdar artist, dosent  Ağalar Bayramovun və eləcə də tələbələrin ifasında Zəlimxan Yaqubun qələminə məxsus nümunələr səsləndirilib.

Sonda yubilyarın özü çıxış edərək universitetin müəllim-tələbə heyətinə təşəkkürünü bildirib. Şair yeni yazdığı şeirlərdən də söyləyərək, daha sonra tələbələrin ona ünvanladığı sualları cavablandırıb.   

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov