Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

 Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş "açıq dərs"

 

Böyütmək üçün seçin Martın 2-də Azərbaycan Dillər Universitetində 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. Mülki Müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanovanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə tədris işləri üzrə prorektor Vazeh Əsgərov, tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Mülki Müdafiə İdarəsinin əməkdaşları, həmçinin universitetin müəllim-tələbə heyəti iştirak edib.

"Açıq dərs" formatında keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev tədbirin tələbələri maarifləndirmək məqsədilə keçirildiyini bildirib. Polkovnik fövqəladə hallar zamanı baş vermiş hadisələr, bu hallardan çıxış yolu tapmaq üçün lazımi qaydalar haqqında məlumat verib.

Mərkəzi Mülki Müdafiə kurslarının rəisi, polkovnik Asif Qəribov "Mülki müdafiənin təşkili və mülki müdafiə sahəsində əhalinin hazırlanması" mövzusunda məruzə edib. Mülki müdafiənin məqsədi, təşkil edilməsi prinsipləri, mülki müdafiə sahəsində dövlətin, hüquqi şəxslərin, vətəndaşların vəzifələrinə toxunan  A.Qəribov mülki müdafiə sisteminin təşkili sxemi ilə iştirakçıları tanış edib. Rəhbərlik etdiyi kurslar haqqında məlumat verən polkovnik A. Qəribov obyektlərdə mülki müdafiənin öyrədilməsi, Fövqəladə Hallar Nazirliyinin fəlakətin nəticələrinin aradan qaldırılması zamanı fəaliyyəti məsələlərinə də aydınlıq gətirib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin tərkibində fəaliyyət göstərən qurumlar, nazirliyin fəaliyyəti, keçirilən təlimlərin əks olunduğu videoçarx nümayiş olunub.

Daha sonra mərkəzi laboratoiya avadanlıqları və texnikaları, dəri mühafizə vasitələri, zəhərləyici maddələrdən qorunma vasitələri haqqında məlumat verilib, onların nümayişi keçirilib.  

ADU-nun İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov