Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsi "İnstrumental ifaçılıq" kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu Cəmalə Nəsirovanın tələbələri konsert proqramı ilə çıxış edib.

Konsertdə Azərbaycan bəstəkarlarından  Q.Qarayev, Ü.Hacıbəyli və A.Bəbirovun, xarici bəstəkarlardan isə  F.Şopen, İ.Brams, S.Raxmaninovun fortepiano üçün  əsərlərini I kurs tələbələri Heyran Qədirli, Səidə Əliyeva, Ülviyyə Əliyeva, II kurs tələbəsi Fidan Xəlilova, IV kurs tələbələri  Minayə Məmmədova, Ülkər Həsənova ifa ediblər. Universitetin müəllim  və tələbələrinin iştirakı ilə keçən konsert yüksək qiymətləndirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov