Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

"Naxçıvan" Universiteti əməkdaşlarının ABŞ-da elmi məqaləsi dərc olunub

 

"Naxçıvan" Universitetinin əməkdaşları Zülfüqar Zülfüqarovun və Əli Cabbarovun ABŞ-ın nüfuzlu SAPUB elmi cəmiyyətinin nəşri olan  rüblük "Amerika  Turizm Menecmenti"  jurnalında "Azərbaycan  Respublikasının Naxçıvan Muxtar Respublikasında sosial turizmin resursları, planlaşdırılması və inkişafı"  adlı elmi məqaləsi  dərc olunub. Məqalədə Naxçıvan Muxtar Respublikasında sosial turizm istiqamətində görülmüş işlər təhlil olunmuş, Duzdağ Fizioterapiya Mərkəzində sosial cəhətdən həssas əhali  qruplarının pulsuz müalicəsinin təşkilinin əhəmiyyəti göstərilmişdir. Məqalədə vurğulanmışdır ki, keçmişdə sosial turizm təcrübəsi bir çox yerlərdə, o cümlədən Azərbaycanın hazırda Ermənistanın işğalı altında olan Kəlbəcər-Qarabağ regionunda mövcud olmuş müxtəlif istirahət-rekreasiya məkanlarında olmuşsa da, müasir dövrdə  Naxçıvan Muxtar Respublikasında bu sahənin inkişafı üçün görülmüş tədbirlər  mühüm əhəmiyyət daşımaqdadır.

Məqalənin ingiliscə mətni ilə  http://journal.sapub.org/tourism onlayn səhifəsində  tanış olmaq mümkündür. 

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov