Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

İdman məktəbinin növbəti uğuru

 

Böyütmək üçün seçinBakıdakı 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) komandası Rusiyanın Pyatiqorsk şəhərində keçirilən Beynəlxalq Qılıncoynatma turnirindən uğurla qayıdıb.

İdman məktəbinin direktoru Elvin Məmmədxanovdan aldığımız məlumata görə, turnirdə Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan və Moldovadan 264 idmançı iştirak edib.

2000-2005-ci il və 1998-1999-cu il təvəllüdlü olmaqla, iki yaş qrupu üzrə qızlar və oğlanlar arasında keçirilən yarışda ölkəmizi  təmsil edən 8 nömrəli İOEUGİM-in yetirmələri komanda hesabında ikinci yerə layiq görülüb. Böyük yaş qrupunda  54 oğlan və 61 qız, kiçik yaş qrupunda 66 oğlan və 83 qız idmançı birincilik uğrunda mübarizə aparıb. Qeyd edək ki, bu turnirə  Azərbaycan təmsilçiləri 10-u idmançı olmaqla hakim, məşqçi-müəllim və 1 nümayəndə ilə qatılıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov