Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Rəsmi xronika

 

* Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolteri qəbul edib. 

* Prezident İlham Əliyev martın 12-də Bərdə rayonuna səfər edib. Ölkə başçısı səfəri çərçivəsində bir sıra sosial və iqtisadi yönümlü obyektlərin açılışlarında iştirak edib, təmir işlərinin gedişi ilə maraqlanıb, Bərdədə 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksindəki məktəb və bağça ilə tanış olub.

 * Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Bakıda keçirilən  Azərbaycan-Pakistan biznes-forumda iştirak və çıxış ediblər.

* Dövlət başçısı İlham Əliyev martın 11-də  ölkəmizə rəsmi səfərə gəlmiş Pakistan  İslam Respublikasının Prezidenti Məmnun Hüseyn ilə görüşüb. Səfər çərçivəsində Azərbaycan-Pakistan sənədləri imzalanıb, sonra hər iki prezident mətbuata bəyanatlarla çıxış ediblər.

 * Martın 11-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

 * Ölkə başçısı İlham Əliyevin  11 mart 2015-ci il tarixli sərəncamı ilə  E.R.İbrahimov "Şərəf" ordeni ilə təltif edilib.

 * Martın 9-da dövlət başçısı İlham Əliyev Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib.

 * Prezident İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri martın 9-da  paytaxtın Biləcəri qəsəbəsində Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak ediblər.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov