Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Azərbaycan Dillər Universitetində "Amerika günləri"

 

Böyütmək üçün seçinMartın 10-da Azəbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin Amerika mərkəzində "Azərbaycanda "Amerika günləri"nin açılış mərasimi keçirilib.

ABŞ-ın ölkəmizdəki səfirliyi və ADU-nun Amerika mərkəzinin birgə təşkil etdiyi mərasimdə Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib. Sonra mövzu ilə bağlı təşkil olunmuş sərginin açılışı olub.

Amerika mərkəzi haqqında qısa məlumat verilib.

 ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxışında Amerika mərkəzində xoş hadisənin qeyd olunduğunu söyləyib. Rektor bu gün genişlənmiş, yenilənmiş, müasir texnologiyalara və tələblərə cavab verən, ən yüksək standartları özündə ehtiva edən Amerika mərkəzinin ABŞ-ın təhsil, mədəniyyət, texnoloji inkişaf səviyyəsinin Azərbaycan vətəndaşlarına, tələbələrinə, universitetlərinə təqdim etdiyini deyib. Azərbaycanla ABŞ arasındakı diplomatik və mədəni əlaqələrin daim inkişaf etdiyini söyləyən S.Seyidov bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyindən söz açıb.

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta çıxış edərək "Amerika günləri"nin rəsmi açılışında iştirak etməkdən məmnun olduğunu bildirib.

Xalq rəssamı, AMEA-nın həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, heykəltəraş Ömər Eldarov və Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov çıxış edərək bu kimi sərgilərin keçirilməsinin Azərbaycan-ABŞ əlaqələrinə əhəmiyyətli təsirindən danışıblar.

"Amerika günləri" ərzində həm Amerika mərkəzində, eyni zamanda Bakı şəhərində yerləşən digər məkanlarda, həmçinin Azərbaycanın müxtəlif bölgələrində rəngarəng proqram və tədbirlər keçiriləcək. Bu layihə çərçivəsində universitetdə həyata keçirilən "Amerika mənim gözlərimlə" adlı sərgi haqqında məlumat verilib. 

İctimaiyyətlə əlaqələr Departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov