Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Qaliblərin mükafatlandırılma mərasimi keçirilib

 

Böyütmək üçün seçin Google SketchUp proqramında ən yaxşı üçölçülü modellərin yaradılması üzrə fevralın 2-də keçirilmiş respublika müsabiqəsinin nəticələri məlum olub. Artıq 3-cü ildir "Bakı" nəşriyyatının təşkilatçılığı ilə keçirilən bu müsabiqə respublika məktəbliləri arasında çox böyük marağa səbəb olmuşdur. Azərbaycanın müxtəlif bölgələrindən 168 şagirdin qatıldığı müsabiqə qaliblərinin təltif edilmə mərasimi martın 13-də Bakı şəhəri 6 nömrəli məktəb-liseydə keçirildi. Tədbirdə informatika dərsliklərinin müəllifləri Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayeva, Münsiflər heyətinin digər üzvləri Gülnarə Səlimova (Bakı Modern məktəbi) və Sənubər Məmmədova (Bakı şəhəri 267 nömrəli məktəb-lisey), eləcə də "Bakı" nəşriyyatının nümayəndəsi Zaur İsayev iştirak etdilər. Ramin Mahmudzadənin rəhbərlik etdiyi Münsiflər heyətinin qərarına əsasən iştirakçılardan 3 nəfər I, 3 nəfər II, 7 nəfər III, 8 nəfər isə IV (həvəsləndirici) yerə layiq görüldülər.

Maraqlıdır ki, müsabiqənin qalibləri sırasında ən kiçik iştirakçı olan Lahıc qəsəbə tam orta məktəbin 4-cü sinif şagirdi Lalə Əliyevanın da (3-cü yer) adı var. Bütün iştirakçılara sertifikatlar, qaliblərə isə müvafiq diplomlar və hədiyyələr təqdim edildi. Tədbirdə mərkəz rəhbərləri və görüş iştirakçıları çıxış edərək müsabiqə təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər. Onlar növbəti illərdə bu müsabiqənin daha geniş miqyasda keçirilməsini arzu etdilər. 

Google SketchUp qrafik proqramında ən yaxşı üçölçülü model müsabiqəsinin qalibləri 

I yer

1. Akif Kərimov                                        Bakı şəhər 264 nömrəli məktəb-lisey

2. Emil Quliyev                                        Bakı şəhər 83 nömrəli məktəb-lisey

3. İslam Valehli                                       Bakı şəhər 6 nömrəli məktəb-lisey 

II yer

1. Bəhruz Əsgərli                                    Bakı şəhər "Zəngi" liseyi

2. Ceyhun Əliyev                                    Qubadlı rayonu Dəmirçilər kənd tam orta məktəbi

3. Şəmistan Kərimov                             Bakı şəhər 267 nömrəli məktəb-lisey 

III yer

1. Məhəmməd Heydərov                      Bakı şəhər 136 nömrəli tam orta məktəb

2. Şəhriyar Sadıqlı                                  Bakı şəhər 291 nömrəli "Araz" Ekologiya liseyi

3. Elmir Əsədov                                      Bakı Modern Məktəbi

4. Rəşad Babayev                                  İsmayıllı şəhər 3 nömrəli məktəb-lisey

5. Lalə Əliyeva                                        İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəb

6. Əli Hüseynov                                       Gəncə şəhər 27 nömrəli riyaziyyat-informatika təmayüllü məktəb-lisey

7. Rövşən Babayev                                Salyan şəhər 4 nömrəli tam orta məktəb 

IV yer (həvəsləndirici)

1. Sadıq Qasımov                                   Ağcabədi rayonu Hındarx qəsəbə 1 nömrəli  tam orta məktəb

2. Rəşad Musayev                                  İsmayıllı rayonu İstisu kənd tam orta məktəb

3. Yusif Əlizadə                                       Avropa Azərbaycan Məktəbi

4. Yalçın Tağızadə                                  Qax şəhər T.İsmayılov adına 5 nömrəli tam orta məktəb

5. Alsu Abdullayeva                               Balakən şəhər Humanitar və texniki təmayüllü lisey

6. Nəcəf Nemətov                                  Şamaxı şəhər 10 nömrəli tam orta məktəb

7. Emil Mabudzadə                                Mingəçevir şəhər Texniki-humanitar lisey

8. Səfər Qaraş                                         Şirvan şəhər 21 nömrəli tam orta məktəb

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov