Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

"Naxçıvan" Universitetində bilik yarışı

 

 "Naxçıvan" Universitetinin pedaqoji fakültəsinin  riyaziyyat və informatika kafedrasının təşkilatçılığı ilə I kurs tələbələri arasında "Hamı kompüteri bilməlidir" adlı bilik yarışması keçirilib. Yarış başlamazdan əvvəl universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli, riyaziyyat və informatika kafedrasının müdiri Məftun Əliyev çıxış edərək bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Sonra yarışa start verilib. 15 komandanın iştirak etdiyi yarışın nəticələrinə əsasən xarici dillər fakültəsinin "1+4 hazırlıq qrupu" komandası birinci yerə layiq görülüb, pedaqoji fakültənin "İnformation" komandası ikinci, xarici dillər fakültəsinin "The Snowdrop" komandası isə üçüncü yerin sahibi olublar.

Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov