Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Məktəblilər Novruz bayramını ingilis dilində təqdim ediblər

 

Böyütmək üçün seçinAbşeron Rayon Təhsil Şöbəsinin metodisti Xalidə Hüseynovadan aldığımız məlumata görə, Xırdalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən bayram şənliyində rayon ziyalıları, ictimaiyyət nümayəndələri, məktəb şagirdləri və qonaqlar iştirak ediblər.

Tədbirdə  rayon təhsil şöbəsinin müdiri Nadir Ağayev milli bayramımız olan Novruzun minilliklərin sınağından keçərək bu gün əsl birlik bayramına çevrildiyini və ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ümumxalq bayramı kimi hər il böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb. Yazın gəlişini bildirən və xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən müxtəlif oyunlar, Kosa ilə Keçəlin duzlu-məzəli zarafatları, pəhləvanların çıxışları, şən mahnılar iştirakçılarda xoş ovqat oyadıb. Tədbirdə məktəblilər xarici qonaqlara Novruz bayramı barədə ingilis dilində ətraflı məlumat veriblər. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov