Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Böyük Britaniyalı ekspertin ustad dərsi

 

Böyük Britaniyanın tanınmış muzey eksperti, York şəhərinin incəsənət departamentinin üzvü və York İncəsənət Kollecinin direktoru Şirli Kollinin martın 9-dan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad dərsləri keçirilir. Ustad dərsləri layihəsi çərçivəsində  muzey mütəxəssisi "Müasir muzey mütəxəssislərinin hazırlanması: tədrisdə yeni məzmun və formalar", "Təhsil və muzey işçilərinin akkreditasiyası: məqsəd və vəzifələr (Böyük Britaniya təcrübəsi)" mövzularında seminarlar, ustad dərsləri, nəzəri məşqələlər keçir.

 Qeyd edək ki,  Şirli Kolli böyük iş təcrübəsi olan peşəkar muzey ekspertidir. O, London Hərbi İmperiya Muzeyinin direktor müavini vəzifəsində çalışıb. Şirli Kolli həmçinin  Milli Dəniz Muzeyi, Tate muzey, Kral Hərbi Hava Qüvvələrinin  muzeyində və Britaniya Kino İnstitutunda  müxtəlif vəzifələrdə işləyib.

Xatırladaq ki, ADMİU-da Ustad dərsləri layihəsi 2014-2015-ci tədris ilinin əvvəlindən start götürüb. Bu layihə çərçivəsində  dünyanın müxtəlif yerlərindən tanınmış və təcrübəli mütəxəssislərin iştirakı ilə incəsənət ixtisasları üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi və müasirləşdirilməsi, yeni metodların, qabaqcıl təcrübənin cəlb edilməsi məqsədi ilə "açıq dərs"lər, mühazirələr, təqdimatlar, "dəyirmi masa"lar, məşğələlər və "ustad dərsləri" keçirilir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov