Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Oğlanlar arasında basketbol yarışı başa çatıb

 

Bakıdakı 45 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəblilərin XXVII spartakiadasının proqramına daxil olan oğlanlar arasında basketbol yarışı  keçirilib. Yarışın nəticəsinə görə I yeri Bakı Anadolu Türk Liseyinin,  II yeri 169 nömrəli tam orta məktəbin,  III yeri isə 18 nömrəli tam orta məktəbin komandaları  tutublar.

XXVII spartakiadanın dama, şahmat, stolüstü tennis, basketbol (qızlar) və basketbol (oğlanlar) növləri üzrə yarışlarında Nərimanov rayonu I yeri, Sabunçu rayonu II yeri, Səbail rayonu III yeri tutub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov