Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Qalib komandalara diplomlar təqdim olunub

 

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisi və Şəhər Gənclər və İdman İdarəsi "Gənclər arasında mini-futbol şəhər turniri" keçirib. Tələbələrin və şagirdlərin iştirak etdiyi turnirdə qabaqcıl yerləri tutmuş komandalara diplomlar təqdim olunub.

Qeyd edək ki, birinci Avropa Oyunlarının Bakı ilə yanaşı, Mingəçevir şəhərində də keçiriləcəyini nəzərə alaraq, Gənclər üçün Təhsil Mərkəzi yeniyetmə və gənclərin idmana olan marağını daha da artırmaq, təhsil ocaqlarında idman dərslərinin daha səmərəli keçirilməsini təmin etmək üçün qarşıdakı günlərdə velosiped turniri, çoxnövçülük üzrə bir sira idman yarışları və digər tədbirlər reallaşdıracaqdır.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov