Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Beynəlxalq breyn-rinq turniri başa çatıb

 

Böyütmək üçün seçinBakıda Azərbaycan Respublikası Prezidentinin Kuboku uğrunda beynəlxalq breyn-rinq turniri başa çatıb.

Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən və AzTV-də yayımlanan bilik yarışlarında 12 komanda - Azərbaycan, Ukrayna, Belarus, Almaniya, Gürcüstan, Moldova, Özbəkistan, Estoniya, Rusiya, ABŞ və Türkmənistanın yığma komandaları, eləcə də "Bakı" klubunun yığma komandası iştirak edib.

Azərbaycanın "Bakı" yığma komandası ilə Estoniya yığma komandası arasında keçirilmiş ilk oyun 4:5, ABŞ yığma komandası və Almaniya yığma komandasının qarşılaşması isə 5:4 hesabı ilə başa çatıb. Estoniya və ABŞ yığma komandaları arasındakı ilk final qarşılaşmasında 5:2, ikinci final oyununda isə 4:5 hesabı qeydə alınıb və Estoniya komandası yarımfinala çıxıb.

Belarus və Gürcüstan yığma komandaları arasındakı oyun 5:4, Ukrayna və Özbəkistan yığma komandalarının qarşılaşması isə 5:2 hesabı ilə yekunlaşıb. Final oyununda Ukrayna yığma komandası Belarus yığma komandasına qalib gəlib (1:5; 5:2).

Üçüncü qarşılaşmada Moldova yığma komandası Rusiya yığma komandasına (5:4) qalib gəlib. Sonra isə Azərbaycan yığma komandası Türkmənistan yığma komandasından (5:4) üstün olub. Final oyununda Azərbaycan yığması Moldova komandasını məğlub (5:2; 5:1) edib.

Belarus və Rusiya yığma komandaları arasındakı oyunda bərabərlik (4:6; 5:4) qeydə alınıb. Əlavə sualı doğru cavablandıran Belarus yığma komandası finala yüksəlib.

Digər finalçı isə Azərbaycan və ABŞ yığma komandalarının qarşılaşmasında müəyyənləşdirilib. Azərbaycan yığma komandası ABŞ yığma komandasına 5:1 və 5:3 hesabı ilə qalib gələrək finala çıxıb.

Gərgin mübarizə şəraitində keçən final oyununda Azərbaycan yığma komandası Belarus yığma komandasını (6:4; 3:5; 5:4; 3:5; 6:4) məğlub edərək Azərbaycan Respublikası Prezidentinin Kuboku uğrunda beynəlxalq breyn-rinq turnirinin qalibi olub. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov