Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Ədəbi-bədii kompozisiya

 

Böyütmək üçün seçin Bu günlərdə Bakıdakı 39 nömrəli tam orta məktəbdə  bu təhsil ocağının adını daşıdığı Azərbaycanın Milli Qəhrəmanı  Rafiq Nəsrəddinovun xatirəsinə həsr olunmuş "Vətən mənə oğul dedi..." adlı ədəbi-bədii kompozisiya keçirilib.   Öncə Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Dövlət bayrağı səhnəyə gətirilib. Tədbir iştirakçıları Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru  Tahirə Şükürova Rafiq Nəsrəddinovun xatirəsinin daim ürəklərdə yaşadığını və qədirbilən xalqımız tərəfindən həmişə dərin hörmət və ehtiramla anıldığını nəzərə çatdırıb. Direktor təhsil ocağında şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyini və belə tədbirlərin ənənəvi hal aldığını bildirib.

Gecənin aparıcıları Azərbaycanın qəhrəmanlıq salnaməsinə öz adını yazmış Milli Qəhrəman Rafiq Hüseyn oğlu Nəsrəddinovun göstərdiyi rəşadətdən danışıblar.

Tədbirdə çıxış edən  Milli Qəhrəmanın  qardaşı Mehdi Nəsrəddinov,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Şirindil Əhmədov və başqaları bildiriblər ki,  bu gün siz  müəllimlər kimi biz də  fəxr edirik   ki, sizin  dərs dediyiniz  şagirdlər   Azərbaycanın müstəqilliyi və  torpaqlarımızın  müdafiəsi uğrunda mərdliklə vuruşaraq şəhid olublar.

Tədbirin sonunda məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, qəhrəmanlıq, vətənpərvərlik duyğularını tərənnüm edən şeir və nəğmələr səsləndirilib. Şagirdlər xalqımızın igid oğulları kimi vətənpərvər olacaqlarına, təhsildə, ictimai həyatda daim uğurlar qazanacaqlarına söz veriblər.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov