Hollandiyada
14 yaşadək futbolçulardan ibarət komandalar arasında
keçirilən "Teksel Cup" turnirinə yekun vurulub. AZƏRTAC
xəbər verir ki, mükafat uğrunda beş yerli klubla
birlikdə mübarizə aparan "Qəbələ" yarışın sonuncu
günündə iki oyun keçirib. Baş məşqçi Xaqani Məmmədovun
komandası günü 1 xalla başa vurub. "Teksel-94"ə 0:1
hesabı ilə uduzan "Qəbələ" "Feyenoord" ilə qarşılaşmadan
heç-heçə ilə ayrılıb.
"Qəbələ" 5 xalla turniri dördüncü pillədə başa vurub.
Turnirin qalibi adını isə 11 xal toplayan "Tvente"
qazanıb. |