Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan
Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi"nin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli
Fərmanının icrasını təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı
Komissiyası aşağıdakı tərkibdə müəyyən edilsin:
Komissiyanın sədri
İlham Əliyev - Azərbaycan
Respublikasının Prezidenti
Komissiyanın üzvləri
Artur Rasi-zadə - Azərbaycan
Respublikasının Baş naziri
Ramiz Mehdiyev - Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Elçin Əfəndiyev - Azərbaycan
Respublikası Baş nazirinin müavini
Akif Əli Zadə - Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti
Mehriban Əliyeva - Heydər Əliyev
Fondunun prezidenti
Əbülfəs Qarayev - Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov
- Azərbaycan Respublikasının təhsil
naziri
Oqtay Şirəliyev - Azərbaycan
Respublikasının səhiyyə naziri
Əli Abbasov - Azərbaycan
Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Hüseynqulu Bağırov - Azərbaycan
Respublikasının ekologiya və təbii sərvətlər naziri
Kamal Abdullayev - Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və dini
məsələlər üzrə dövlət müşaviri
Fatma Abdullazadə - Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Humanitar
siyasət məsələləri şöbəsinin müdiri
Xoşbəxt Yusifzadə - Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti
Ağamusa Axundov - Azərbaycan Milli
Elmlər Akademiyasının həqiqi üzvü
Anar Rzayev - Azərbaycan
Yazıçılar Birliyinin sədri
Fərhad Xəlilov - Azərbaycan
Rəssamlar İttifaqının sədri
Firəngiz Əlizadə - Azərbaycan
Bəstəkarlar İttifaqının sədri
Şəfiqə Məmmədova - Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının sədri
Azərpaşa Nemətov - Azərbaycan Teatr
Xadimləri İttifaqının sədri
Elbay Qasımzadə - Azərbaycan Memarlar
İttifaqının sədri
Tahir Salahov - xalq rəssamı
Arif Məlikov - xalq artisti
Ömər Eldarov - xalq rəssamı
Eldar Quliyev - Azərbaycan
Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti
2. "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı
Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14
noyabr tarixli 651 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik toplusu, 2007, №11, maddə
1099; 2014, №9, maddə 1027) ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8
aprel
2015-ci
il |