Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Peşəsinin vurğunu olan müəllim

 

Böyütmək üçün seçinHər dəfə "müəllim" kəlməsini işlədərkən yadımıza, ilk növbədə, ən yaxşı, ən sevimli müəllimlərimiz düşür.  Belə müəllimlərdən biri də  1972-ci ildə  ali məktəbi bitirərək hazırda  Ağcabədi şəhər  M.F.Axundov adına 3 nömrəli məktəb-liseydə  fizika müəllimi işləyən Fazil Alıyevdir.

Fazil müəllim sözün əsl mənasında müəllimdir. Bu adın böyüklüyünü və məsuliyyətini yaşaya-yaşaya ömür sürmək hər kəsə  qismət  deyil. Müəllim sözünü ucuzlaşdıranlara qarşı Fazil müəllim kimi insanların həyatı və peşə sevgisi layiqli nümunədir. Onu eşitmək, duymaq, onunla həmsöhbət  olmaq adama ucalıq gətirir. Çünki Fazil müəllim bütün həyat idealını, arzularını, gəncliyini, müdrikliyini, bir sözlə, şagirdlərinə böyük sevgisini bu sənətdə - müəllim sənətində tapıb...

Onun işlədiyi məktəbdə şagirdlərdən tutmuş, direktora kimi Fazil müəllim haqqında nəsə  soruşmaq istəsən, ağızdolusu şirin sözlər, hörmətli kəlmələr eşidərsən. Onu   bu mərtəbəyə halal zəhməti və  ürəyinin odu  gətirib. "Mənim ən böyük mükafatım şagirdlərimin mənə olan məhəbbətidir. Onların şəfqət və məhəbbət dolu baxışları mənim üçün hər şeydir", - deyən Fazil müəllim peşəsini ürəkdən sevir və böyük həvəslə çalışır.

O, 1982-ci ildə "Baş müəllim", 2007-ci ildə Azərbaycan Respublikası "Qabaqcıl təhsil işçisi" döş nişanı və müxtəlif adda diplom və fəxri  fərmanlarla təltif olunub. İş təcrübəsi respublikada geniş yayılıb. Dərs dediyi şagirdlərdən elmlər namizədi və elmlər doktoru olanlar da var.

Fazil Alıyev yaxşı müəllim olmaqla bərabər, həm də gözəl ailə başçısıdır. Onun 3 övladı və 2 nəvəsi var. Bu gün F.Alıyevin həyatı, işi gənc müəllimlərə örnəkdir. O, sənətini, ailəsini, uşaqları sevir. Bir sözlə, həyatı sevir. Elə bu sevgilər yaşadır  Fazil müəllimi! 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov