Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

15 yaşlı pianoçu ikinci dəfə Qran-pri mükafatı qazanıb

 

20-23 mart 2015-ci il tarixlərində   Estoniyanın Narva şəhərində keçirilən  gənc musiqiçilərin növbəti beynəlxalq İ.S.Bax adına müsabiqədə  bir çox ölkələrin müxtəlif yaş qrupları üzrə musiqiçiləri iştirak ediblər.  İki nominasiya üzrə keçirilən müsabiqədə  hər yaş qrupu üzrə ilk üç yer mükafatlandırılıb. Bütün yaş qrupları üzrə ən yaxşı ifaçı üçün isə Qran-pri mükafatı təyin edilib. Sevindirici haldır ki, bu müsabiqənin tarixində ilk dəfə  həmin  mükafata məhz azərbaycanlı pianoçu,  Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin  X sinif şagirdi Nəzrin Abbaslı layiq görülüb. Bu, gənc pianoçunun ikinci Qran-pri mükafatıdır. Birinci Qran- pri mükafatını isə Nəzrin 2012-ci ildə Dağıstan Respublikasında keçirilən beynəlxalq musiqi festivalında qazanmışdı.

Yeniyetmə pianoçu  2012-ci ildə Y.Haydnın anadan olmasının 280 illiyinə həsr olunmuş festivalda, həmin il keçirilən gənc pianoçuların ikinci Respublika müsabiqəsində laureat, 2013-cü ildə isə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən pianoçuların Dinu Lipatti   XX  beynəlxalq müsabiqəsində diplomant,  ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən ikinci Respublika müsabiqəsində isə qaliblərdən biri olmuşdur.  2013-cü ildə görkəmli pedaqoq və pianoçu H.Neyqauzun anadan olmasının 125 illik yubileyinə həsr olunmuş gənc pianoçuların ümumşəhər festivalında və 2014-cü ildə Bakı şəhərində keçirilən Barokko musiqi festivalında uğurlu çıxışına görə Nəzrin diplomla  mükafatlandırılıb.

15 yaşlı istedadlı pianoçu respublikanın əməkdar müəllimi Adilə Rəhimovanın sinfində dərs alır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov