Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Məktəblilər arasında inşa müsabiqəsinin respublika mərhələsi keçirilib

 

Böyütmək üçün seçinMəktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş inşa müsabiqəsinin respublika mərhələsi keçirilib.

Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseydə keçirilən müsabiqənin respublika mərhələsinin açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov məktəblilər arasında vətənpərvərlik ruhunun yüksəldilməsində belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Nazir müavini qeyd edib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş inşa müsabiqəsi artıq 9-cu dəfədir təşkil olunur.

Xatırladaq ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələri şagirdlərinin iştirak etdiyi müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşıb. Bu mərhələdə 15 min nəfərdən artıq şagird iştirak edib. Müsabiqənin respublika mərhələsinin 109 iştirakçısından 12 nəfəri VIII, 20-si IX, 29-u X, 28-i XI sinif şagirdləridir. İlk peşə-ixtisas təhsili müəssisələrindən və orta ixtisas təhsili müəssisələrindən olan iştirakçıların sayı isə 20 nəfərdir.

Müsabiqə qaliblərinin inşa yazıları kitab şəklində çap olunacaq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov