Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

SABAH qruplarına qəbul üzrə müsabiqənin I mərhələsi keçirilib

 

 Aprelin 12-də 2015-2016-cı tədris ili üçün SABAH qruplarına qəbul üzrə müsabiqənin I mərhələsi keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin I tədris binası və 132-134 nömrəli təhsil kompleksində keçirilən müsabiqənin bu mərhələsində 1630 nəfər I kurs tələbəsi iştirak edib.

Bu mərhələdə namizədlər məntiqi dünyagörüş və ingilis dili üzrə bilik və bacarıqları qiymətləndirən 50 test tapşırığını 90 dəqiqə ərzində cavablandırıblar. Müsabiqə mərhələsində müvafiq nəticə göstərən namizədlər növbəti mərhələdə - müsahibədə iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, SABAH qruplarının formalaşdırılması ali təhsil sistemində keyfiyyətin artırılması istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biridir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov