Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Şagirdlərin elmi layihələrinin sərgisi və təqdimatı olub

 

Aprelin 17-də akademik Zərifə Əliyeva adına liseydə şagirdlərin elmi layihələrinin sərgisi və təqdimatı  mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, ARDNŞ-in, Azərbaycan Milli Elmlər Akademiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Gənc Mühəndislər İctimai Birliyinin  əməkdaşları, o cümlədən özəl kompaniyaların  rəhbərləri və nümayəndələri iştirak ediblər. Sərgidə liseyin nəzdində fəaliyyət göstərən "Kiçik akademiya"da məktəblilərin müxtəlif kateqoriyalar  üzrə  hazırladıqları  layihələr nümayiş etdirilib. Məqsəd "Kiçik akademiya"da  görülən işlərlə bərabər sərgiyə dəvət edilmiş  nazirlik, şirkət və komitələrlə  çoxşaxəli əməkdaşlıq etməkdən ibarət idi.

Sərgidə "Kiçik akademiya" həm də yeni ideyalarla çıxış edib və bununla da gələcəkdə  həyata keçirilməsi nəzərdə tutulan digər layihələrin  əsası qoyulub.

Layihələrin sərgisi başa çatdıqdan sonra şagirdlər hazırladıqları konsert proqramı ilə çıxış ediblər. Onların məharətli ifaları  qonaqlarda xoş ovqat yaradıb.

Çıxış edən qonaqlar şagirdlərin elmi layihələrini dəyərləndirərək onlara gələcək işlərində uğurlar arzulayıblar. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov