Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Şagirdlər Səməd Vurğunun ev-muzeyində olublar

 

Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadə adına  Bakıdakı 164 nömrəli tam orta məktəbin   6-cı "b"  sinif  şagirdləri  xalq  şairi  Səməd  Vurğunun  ev-muzeyində  olublar.  Şagirdlər öncə şairin  büstünün  önünə tər çiçəklər qoyaraq  söz  ustadının   xatirəsinə öz  ehtiramlarını  ifadə ediblər.  Sonra  muzeyin  əməkdaşları tərəfindən şagirdlərə şairin  həyatı  və  yaradıcılığı  haqqında ətraflı məlumat  verilib.

Şagirdlər  şairin  şəxsi  əşyalarına, ailə  üzvləri  ilə  bağlı  maraqlı  şəkillərə  baxıb, ona bağışlanan hədiyyələrlə tanış olublar. Onlar ulu öndər  Heydər  Əliyevin muzeyin   xatirə dəftərinə  yazdığı ürək  sözlərini oxuyublar.  Şagirdlər daha sonra təbiət  vurğunu  olan şairin  yaradıcılığının parlaq nümunələri  olan  "Azərbaycan",   "Şair,  nə  tez  qocaldın  sən", "Təbiət   ilhama  çağırır  məni"  şeirlərini   söyləyiblər.

Sonda    Azərbaycan  dili və  ədəbiyyat  müəllimi  Təranə  Bağırova  şagirdlərə  muzeydən  aldıqları təəssüratlarla  bağlı inşa yazısı  yazmağı  tapşırıb.  

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov