Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Mədəni irsimizi öyrənək, təbliğ edək

 

Böyütmək üçün seçinBakıdakı 108 nömrəli tam orta məktəbdə 15 aprel - Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar mərasim keçirildi. Tədbiri məktəbin direktoru Narınc Mehdiyeva açaraq bu günün yaranma tarixindən danışdı. O, bu günün əhəmiyyətindən söz açaraq bildirib ki, şagirdlər, gənclər öz mədəni irsinə, musiqisinə, mədəni abidələrinin, dünya sivilizasiya tarixində silinməz iz qoymuş korifeylərin əsərlərinə dərindən yiyələnməli və  onları qoruyub gələcək nəsillərə çatdırmalıyıq. Direktor eyni zamanda, şagirdlərə dünya mədəniyyəti incilərinə yaxından bələd olmağı tövsiyə etdi.

Maştağa qəsəbəsindəki H.Abbasov adına Mədəniyyət evinin direktoru Kamal Qədimov, müavini Salman Bağırov da çıxışlarında dövlətimizin bu gün mədəniyyət sahəsinə qayğısından, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan musiqisini, mədəniyyətini dünyada tanıtmaq istiqamətində gördüyü işlərdən danışdılar.

Məktəbin müəllimi Pərvanə  Qədimova  Azərbaycan və dünya mədəniyyəti nümunələrini əks etdirən slayd təqdim etdi.

Aparıcılar,  9-cu sinif şagirdləri Aytac Bağıyeva və Maqsud Hüseynov dünyada ən qədim yaşayış məskəni olan Azıx mağarasından, bəşərin ən böyük kəşflərindən olan yazı mədəniyyətinin formalaşmasından, bu ilin iyunun 12-də Bakıda keçiriləcək ilk Avropa Oyunlarına qədər idmanın keçdiyi yoldan danışdılar.

Məktəbin musiqi muəllimi Afət Orucovannn rəhbərliyi ilə şagirdlərin ifasında maraqlı musiqi nömrələri nümayiş olundu. Məktəbin yetirməsi, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi, respublika muğam müsabiqəsinin iştirakçısı Ağaniftulla  Məmmədli Tofiq Quliyevin "Üzüyümün qaşı" mahnısını, 8-ci sinif şagirdləri İmaməli Tağıyevin sazda ifa etdiyi aşıq musiqisi, Ramal Allahverdiyev və Günel Məlikovanın fars və tacik rəqsləri, Ü.Hacıbəylinin "Arşın mal alan" əsərindən "Qızların rəqsi", 6-cı sinif şagirdi Gülər Novruzovanın ifasında "Çay" rəqsi, həmçinin şagirdlərin iştirakı ilə hazırlanan flaşmob tədbir iştirakçılarında xoş ovqat yaratdı. Onuncu sinif şagirdi Jalə Əliyevanın isə dahi ingilis dramaturqu V.Şeksprin "Hamlet" əsərindən ingilis dilində ifa etdiyi Hamletin monoloqu alqışlarla qarşılandı.

Sonda 9-cu sinif şagirdi Solmaz Haşımovanın ifa etdiyi "Azərbaycan" mahnısı gənc, müstəqil dövlətimizin, xalqımızın bundan sonra da dünya mədəniyyətinə böyük töhfələr verəcəyinə bir daha əminlik yaratdı. 

Samirə DADAŞOVA,
Bakıdakı C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov