Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Gimnastlarımız uğurla çıxış ediblər

 

Azərbaycan gimnastı Ayşən Bayramova İtaliyanın Pesaro şəhərində Dünya Kuboku ilə yanaşı keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə bürünc medal qazanıb. Gürzlərlə çıxış edən Ayşən Bayramova 3-cü yerdə qərarlaşıb, 1-ci və 2-ci yerləri isə Rusiya və Belarus gimnastları bölüşüblər. Komanda yoldaşı Zeynep Çelep isə komanda hesabında 3-cü yerin bir neçə addımlığında dayanıb.  İlin əvvəlindən başlayaraq, çətin və maraqlı çıxışları ilə bədii gimnastika sevərləri təəccübləndirən yeniyetmələrdən ibarət komandamız çoxnövçülükdə çıxışlarının nəticələrinə əsasən 5-ci yerdə qərarlaşıb.

Bunlarla yanaşı, Dünya Kubokunda Marina Durunda, Gülsüm Şəfizadə və böyüklərdən ibarət komandamız da çıxış ediblər. Hər 4 finala çıxmağa müvəffəq olan Marina Durunda fəxri kürsüyə çıxmağın bir neçə addımlığında dayanıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov