Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Rəsmi xronika

 

* Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çanaqqala zəfərinin 100 illiyi mərasimində  iştirak etmək üçün Türkiyəyə səfərə gedib.

 * Prezident İlham Əliyev və xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 22-də Heydər Əliyev adına İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

 * Aprelin 20-də ölkə başçısı İlham Əliyev və xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Su İdmanı Sarayının açılışında iştirak edib və  Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

 * Dövlət başçısı  İlham Əliyev aprelin 20-də Rusiyanın "Rostex" Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * Ölkə başçısı İlham Əliyev aprelin 20-də  R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 * Aprelin 17-də dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

 * Prezident İlham Əliyev aprelin 17-də  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov