Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

MDU-nun Bakı filialının tələbələri  "Lomonosov-2015" forumunda fərqləniblər

 

Böyütmək üçün seçinMoskvada  gənclərin  "Lomonosov-2015"  Beynəlxalq forumu başa çatıb. M.V.Lomonosov adına Moskva  Dövlət Universitetində  aprelin 14-17-də keçirilmiş forumda MDU-nun Bakı filialının tələbələri də fəal iştirak ediblər Bakı filialının  tələbə və magistrlərinin "Filologiya", "Kimya", "Psixologiya" və "İqtisadiyyat bölmələrində məruzələri maraqla qarşılanıb Filialın  riyaziyyat və kompüter elmləri fakültəsinin magistratura səviyyəsinin  I  kurs tələbəsi Əli Vəliyevin "Peyklərin  geostasionar orbitə çıxarılmasının optimallaşdırılması", filologiya fakültəsinin rus bölməsinin III kurs tələbəsi  Bəhruz Səmədovun "A.S.Puşkinin "Yevgeni Onegin" poemasının Azərbaycan dilinə iki tərcüməsinin təhlili",  iqtisadiyyat fakültəsinin III  kurs tələbəsi Məmməd Əsgərovun "Azərbaycan, Rusiya və MDB-nin  digər ölkələri arasında qarşılıqlı  hesablaşmalarda milli valyutaya keçidin problemləri və mümkün həll  yolları"  mövzularında məruzələri   forumun ən yaxşı məruzələri elan olunaraq fərmanlara layiq görülüb Universitetin  psixologiya fakültəsinin magistratura səviyyəsinin II  kurs tələbəsi İlahə Güləliyevanın "Tələbələrin təhsil uğurlarında şəxsi zəmin" mövzusunda araşdırması isə  forumun ən aktual tədqiqat  məruzəsi elan olunaraq fərmanla mükafatlandırılıb.

M.V.Lomonosov adına Moskva  Dövlət Universitetindən verilən məlumata görə, builki forumda  Rusiyanın 83 regionundan,  42 yaxın və uzaq ölkədən  8500 gənc iştirak edib.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov