Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Mərkəz yeni təhsil proqramına start verir

 

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi (RETTM) yeni təhsil proqramına start verir.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının muzey və təhsil proqramları layihəsi çərçivəsində reallaşdırılacaq yeni proqram 18 may - Beynəlxalq Muzey Gününə həsr olunur.

Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Respublika Turizm və Diyarşünaslıq Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçiriləcək "Məktəblilər üçün muzey həftəsi - muzeylər və ekologiya" proqramının məqsədi məktəblilərin Bakı şəhərində fəaliyyət göstərən muzeylərin tarixi, etnoqrafik-mədəni ekspozisiyası barədə maarifləndirilməsidir.

Layihə üzrə mövzuya aid eksponatlar, artefaktlar, yaradıcılıq işləri haqqında məlumat toplayaraq xüsusi interaktiv metodiki - maarifləndirici marşrutlar müəyyən ediləcək və muzey proqramları təşkil olunacaq.

Eyni zamanda məktəblilər ölkənin aparıcı muzeylərinin kolleksiya fondunun ekoloji və etnoqrafik aspektləri ilə tanış olacaqlar. Həmçinin, şagirdlərə insan, ətraf mühit və cəmiyyətin davamlı inkişaf konsepsiyası barədə məlumat veriləcək.

Qeyd edək ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (İKOM) tərəfindən 2015-ci il "Muzeylər və cəmiyyətin davamlı inkişafı" ili elan edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov