Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

İki kollec direktoru Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub

 

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə təhsilin təşkili, idarəolunması və kadr hazırlığı sahəsində uzun müddət səmərəli fəaliyyətlərinə görə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva və Şuşa Musiqi Kollecinin direktoru Eldar Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunublar.

Aprelin 23-də Təhsil Nazirliyində Tənzilə Şıxıyeva və Eldar Əliyevə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" təqdim olunub.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov təltifləri təqdim edərək hər iki orta ixtisas təhsili müəssisəsinin zəngin inkişaf yolu keçdiyini bildirib və müvafiq sahələr üzrə kadr hazırlığı baxımından mühüm uğurlar qazandığını vurğulayıb, tədrisin təşkilində əldə etdikləri nailiyyətlərə və səmərəli fəaliyyətlərinə görə müəssisə rəhbərlərinə təşəkkürünü bildirib. Tənzilə Şıxıyeva və Eldar Əliyev onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını söyləyib, Təhsil Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Tənzilə Şıxıyeva və Eldar Əliyev çalışmanın yaş həddi ilə bağlı öz ərizələrinə əsasən tutduqları vəzifədən azad ediliblər.

Tənzilə Şıxıyeva və Eldar Əliyev kollec direktoru vəzifəsində 35 ilə yaxın səmərəli fəaliyyət göstəribər. Onların əməyi dövlət səviyyəsində layiqincə qiymətləndirilib. Təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Tənzilə Şıxıyeva 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib, 2011-ci ildə "Əməkdar müəllim" fəxri adı alıb. Eldar Əliyev isə 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov