Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Məktəblilərarası respublika şahmat festivalı qalibləri mükafatlandırılıb

 

Böyütmək üçün seçinTəhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş və ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş məktəblilərarası respublika şahmat festivalı qaliblərinin mükafatlandırılması mərasimi olub.

4 yaş qrupu üzrə oğlan və qızlar arasında fərdi, eyni zamanda komanda hesabında 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərinə Təhsil Nazirliyi tərəfindən kubok, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Komanda hesabında 1-ci yeri Sumqayıt şəhəri, 2-ci yeri Ucar rayonu, 3-cü yeri isə Mingəçevir şəhərinin komandaları tutub.

Qeyd edək ki, yarışın I mərhələsi "Şahmat" fənni tədris olunan pilot ümumtəhsil məktəbləri arasında keçirilib və rayon (şəhər) üzrə qalib şagirdlərdən ibarət yığma komandalar yaradılıb. Yarışlarda "Şahmat" fənni tədris olunan 494 pilot məktəbdən 3 min nəfərdən çox şagird iştirak edib. Final yarışında isə 400-ə yaxın şagird mübarizə aparıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov