Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Masallıda idmanın atıcılıq növü üzrə rayon birinciliyi keçirilib

 

Böyütmək üçün seçinMasallı şəhərindəki Gənclər Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin IX-X sinif şagirdləri arasında idmanın atıcılıq növü üzrə rayon birinciliyi keçirilib.

Bir həftə davam edən idman yarışmasında 60 məktəb komandası 6 qrupda qələbə uğrunda mübarizə aparıb. Rayon birinciliyində bütün oyunları müvəffəqiyyətlə başa vuran Qəriblər kənd tam orta məktəbinin komandası birinci, Musaküçə kənd tam orta məktəbinin komandası ikinci, Şərəfə kənd tam orta məktəbinin komandası isə üçüncü yeri tutub.

 Qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"
[email protected]

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov